İDMAN


PSJ tarixində yeddinci dəfə Fransa çempionu oldu

Futbol üzrə Fransa çempionatının 33-cü turu çərçivəsində “Park De Frens” stadionunda keçirilən mərkəzi qarşılaşmada PSJ klubu “Monako”nu qəbul edib. AZƏRTAC xəbər verir ki, böyük hesablı qələbə ilə bitən oyunda qapılara səkkiz qol vurulub. Parislilər rəqib qapısından yeddi qol keçiriblər. Meydan sahiblərinin heyətində Lo Çelso (2 top), Di Mariya (2), Kavani və Draksler fərqləniblər. “Monako”nun futbolçusu Radamel Falkao isə avtoqolla yadda qalıb. Qonaqların heyətində yeganə qolun müəllifi Roni Lopez olub.