Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib

16.04.2018 [17:32]

Xəbərin mətni
Aprelin 16-da Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, komitə sədri İsa Həbibbəyli gündəlik barədə məlumat verib. Əvvəlcə iclasda “Peşə təhsili haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. Komitə sədri İsa Həbibbəyli qanun layihəsini şərh edib.