Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADA Universitetində 40-dan çox ölkənin milli mədəniyyət nümunələri sərgilənib

20.04.2018 [18:21]

Xəbərin mətni
Aprelin 20-də ADA Universitetinin Tələbə Mərkəzində təşkil olunmuş sərgidə əcnəbi tələbələr və xarici dövlətlərin səfirlikləri stendlər quraraq ölkələrinin milli mədəniyyətlərini, kulinariyasını, incəsənət nümunələrini nümayiş etdiriblər. AZƏRTAC xəbər verir ki, sərgi VII Beynəlxalq Festival çərçivəsində təşkil olunub. Artıq ənənəyə çevrilmiş festivalda bu il 41 ölkə və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi iştirak edib.