“Azərbaycan dili” fənnindən imtahanın nəticələri açıqlanıb
23.04.2018 [15:53]
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, aprelin 22-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirilib.
Bildirilib ki, imtahanın nəticələri aprelin 23-də saat 15:25-dən etibarən DİM-in internet saytında yerləşdirilib.