ELM VƏ TƏHSİL


Yaponiya şirkəti avtomobilə çevrilə bilən robot düzəldib

Yaponiyanın “Softbank” telekommunikasiya korporasiyanın bölməsi olan “Asratec” şirkəti bir neçə startapla birlikdə avtomobilə çevrilən robotu ictimaiyyətə təqdim edib. Hündürlüyü 3,7 metr, çəkisi 1600 kiloqram olan robot iki ayağı üstdə saatda 100 metr sürətlə hərəkət edir. Belə zəif sürətlə hərəkət etməsinə baxmayaraq, robot bir dəqiqəyə ikiyerli idman avtomobilinə çevrilir. Bu avtomobil isə saatda 60 kilometr sürətlə hərəkət edir.