Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ucqar kəndin gənc müəllimi: Kənd uşaqları öyrənməyə daha həvəslidir

27.04.2018 [14:34]

Xəbərin mətni
Müəllimlərin işə qəbulu müsabiqəsi zamanı ucqar dağ kəndlərini seçmişdim. Buna görə peşman deyiləm. Hər bir işə başladıqda əvvəlcə çətinliklərlə üzləşirsən. Məndə də belə oldu. Amma ilk gündən çətinlikləri macəraya çevirməyə başladım. Bəzən düşünürlər ki, ucqar kənd məktəblərində yaxşı oxuyan şagird olmaz. Ancaq belə deyil, əmin olun ki, tam əksinədir. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qubanın Möhüc kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən gənc müəllim Gülşən Yolçubəyli bildirib.