Rəfiqə Əliyevanın qəbirüstü abidə kompleksinin açılış mərasimi keçirilib
05.05.2018 [18:13]
Xəbərin mətni
Görkəmli kimyaçı alim, Bakı Dövlət Universitetinin ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli Rəfiqə Əliyevanın vəfatından bir il ötür.
AZƏRTAC xəbər verir ki, mayın 5-də Fəxri xiyabanda görkəmli alimin qəbirüstü abidə kompleksinin açılış mərasimi keçirilib. Tədbirdə mərhumun ailə üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məzarın önünə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından əklil qoyulub.