MÜSAHİBƏ


Qida məhsulları "bir pəncərə" prinsipi ilə qeydiyyata alınacaq

AZƏRTAC xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyini sədri Qoşqar Təhməzli jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, qanuna əsasən ölkədə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektləri qida təhlükəsizliyi qeydiyyatından keçməklə məhsullarını reyestrə salacaqlar. Agentliyin sədri bildirib ki, qida təhlükəsizliyi qeydiyyatına düşən müəssisələr ixrac etdikləri məhsullara qida təhlükəsizliyi sertifikatı alacaqlar.