MÜSAHİBƏ


Məhəbbət Vəliyeva: "Son zəng" tədbiri yalnız məktəb daxilində və iki saat ərzində keçirilir

İyunun 14-də Bakıda bütün məktəblərdə "Son zəng" tədbiri keçiriləcək. Bu tədbir yalnız məktəb daxilində və iki saat ərzində keçirilir. Bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi "Son zəng" tədbirlərində təhlükəsizliyin təmin edilməsi üçün müvafiq orqanlara müraciətlər edir.