MÜSAHİBƏ


Çentin Senh: Azərbaycanın hərbi təyinatlı məhsulları ən yüksək standartlara cavab verir

Bu mötəbər sərgidə Hindistanın ən böyük hərbi şirkətlərindən birini təmsil edirəm. Azərbaycanın hərbi təyinatlı məhsulları, xüsusilə də silahları gördüm. Nümayiş olunan hərbi təyinatlı məhsullarla bağlı ətraflı məlumat verildi. Azərbaycanın hərbi təyinatlı məhsulları ən yüksək standartlara cavab verir. Bu fikri “EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinin Hindistandan olan iştirakçısı Çentin Senh AZƏRTAC-a müsahibəsində bildirib.