MÜSAHİBƏ


Anna Bossman: Üzv dövlətlər Azərbaycanın ən yaxşı təcrübəsindən yararlanacaq

Bu gün Azərbaycanda həyata keçirilən uğurlu layihələrlə tanış olduq. Böyük layihələrdir. İKT sahəsində uğurla həyata keçirilmiş layihələr müfəssəl şəkildə, bütün detalları ilə yüksək səviyyədə təqdim olundu. Azərbaycanla UNESCO arasında təhsil, elm, mədəniyyət sahələrində də sıx əlaqələr var. Bu fikri AZƏRTAC-a müsahibəsində UNESCO-nun “İnformasiya hamı üçün” proqramı üzrə Hökumətlərarası Şuranın yeni seçilmiş sədri Anna Bossman bildirib.