MÜSAHİBƏ


Fərhad Abdullayev: Konstitusiya Məhkəməsi cəmiyyətdə özünə kifayət qədər nüfuz qazanıb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 ili tamam olur. Bu, bizim üçün çox önəmli bir hadisədir. Konstitusiya Məhkəməsi ədalət mühakiməsi orqanı kimi hər bir hüquqi, demokratik dövlətdə mühüm əhəmiyyət kəsb edir. İyirmi illik fəaliyyəti dövründə Konstitusiya Məhkəməsinin səlahiyyətlərində bir sıra dəyişikliklər edildi. Bu gün biz sevinc hissi ilə deyirik ki, Konstitusiya Məhkəməsi cəmiyyətdə özünə kifayət qədər nüfuz qazanıb və qəbul etdiyi qərarlarla hüququn bir çox sahələrinə təsir göstərir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.