İqor Roqov: Azərbaycan və Qazaxıstan hüquqşünasları arasında əlaqələr genişdir
07.07.2018 [11:23]
Xəbərin mətni
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondunun icraçı direktorunun müavini, hüquq elmləri doktoru, professor İqor Roqov səsləndirib. O vurğulayıb ki, “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfrans böyük əhəmiyyətə malikdir. Bu tədbir konstitusiya hüququ orqanları arasında fikir, qabaqcıl texnologiya və təcrübə mübadiləsi aparmağa imkan verir, milli strukturların işinə kömək edir.