ELM VƏ TƏHSİL


“Məşhur azərbaycanlı çoban” kimi tanınan ifaçı tələbə adını qazandı
O, Azərbaycan Milli Konservatoriyasında təhsil alacaq

Sosial şəbəkələrdə çobanlıq edərkən ifa etdiyi mahnılardan sonra məşhurlaşan Pərvin Səfərov tələbə adını qazanıb. "O səs Türkiyə” yarışmasında da uğurlu çıxışları ilə yaddaşlarda qalan istedadlı ifaçı deyir ki, musiqiyə həmişə həvəsi olub. Amma bir gün məşhurlaşacağı, hətta musiqi təhsili alacağı ağlına belə gəlməyib.