MÜSAHİBƏ


Frank Allgover: Ümid edirəm ki, IFAC-ın konfransının yenidən Bakıda keçirilməsini çox gözləməyəcəyik

Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının (IFAC) üzvlərindən olan Azərbaycanın 38 ildən sonra yenidən bu beynəlxalq konfransa ev sahibliyi etməsi olduqca əlamətdar hadisədir. Ümid edirəm ki, bu tədbirin yenidən Bakıda təşkil edilməsini çox gözləməyəcəyik. Bunu IFAC-ın prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti, Ştutqart Universitetinin professoru Frank Allgover jurnalistlərə müsahibəsində söyləyib.