MÜSAHİBƏ


Moldovalı cüdoçu: Bakıda dünya çempionatında iştirak etməkdən çox məmnunam

İlk dəfədir ki, Bakıdayam. Şəhəriniz çox gözəldir. Azərbaycanda cüdo üzrə dünya çempionatında iştirak etməkdən çox məmnunam. Bu çempionat məndə yaxşı təəssürat yaratdı. Çempionatın təşkilat səviyyəsi çox yüksəkdir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Moldovanı təmsil edən Avropa çempionu Vadim Bunesku deyib.