Aleksey Repik: İmzalanmış saziş Azərbaycan və Rusiya sahibkarlarının dialoquna yeni sistem formatı verir
27.09.2018 [18:00]
Xəbərin mətni
IX Azərbaycan-Rusiya Regionlararası Forumun gündəliyində ikitərəfli iqtisadi əməkdaşlıq, Azərbaycan və Rusiya şirkətləri arasında qarşılıqlı əlaqə məsələləri var. Bugünkü forum əlamətdar bir tədbirlə - Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının ilk birgə iclası ilə başlanıb.
AZƏRTAC xəbər verir ki, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik bu fikri jurnalistlərə müsahibəsində söyləyib.