Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mixail Turetski: Bakıda mənzil almaq istəyirəm, burada mənalı istirahət etmək olar

13.10.2018 [19:15]

Xəbərin mətni
Bakı qonaqpərvər, möhtəşəm şəhərdir. Görünür ki, paytaxta çoxlu vəsait qoyulub və onun sakinləri üçün sevimli şəhərə çevrilib. Bakıda əla restoranlar, gözəl muzeylər, qeyri-adi qədim memarlıq və XXI əsrin yenilikçi arxitekturası var. Mehmanxanaları, təbiəti və şəhərin havasını çox bəyəndim. Azərbaycanlılar olduqca xeyirxah, qonaqpərvər xalqdır. Bu fikirləri “Turetski xoru” art qrupunun prodüseri, Rusiyanın Xalq artisti Mixail Turetski AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI