MÜSAHİBƏ


Hidayət Məmmədov: “Bakmil” stansiyasında təmirin bu ilin sonunadək bitməsi planlaşdırılır

Bakı Metropoliteninin “Bakmil” stansiyasında təmirin bu ilin sonu, gələn ilin əvvəlinədək yekunlaşdırılması planlaşdırılır. Bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov AZƏRTAC-a eksklüziv açıqlamasında deyib. O bildirib ki, “Bakmil” metro stansiyası Bakı metropoliteninin yeganə yerüstü stansiyasıdır. Açıq tipli stansiya olduğu üçün hava şəraiti dəyişən zaman sərnişinlər üçün müəyyən çətinliklər yaranırdı. Təmir zamanı bu stansiyada xüsusi çətirlərin quraşdırılması işləri həyata keçirilir ki, bu da sərnişinlərin çətinliklərini aradan qaldıracaq.