MÜSAHİBƏ


FIG-in 82-ci Konqresinin Bakıda keçirilməsi Azərbaycana olan böyük etimadın göstəricisidir

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 2-də jurnalistlərə müsahibəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, gimnastika üçün çox vacib olan bu tədbirin Bakıda keçirilməsi sevindirici haldır. Gördüyünüz kimi, bütün işlər yüksək səviyyədə təşkil olunub. Bütün tələb olunan məsələləri Azərbaycan Gimnastika Federasiyası müvəffəqiyyətlə həll edib və Konqres çox yüksək səviyyədə keçirilir.