MÜSAHİBƏ


Rakan Abdullah Alfehaid: Azərbaycanda gimnastika sürətlə inkişaf edir

Azərbaycanda gimnastika sürətlə inkişaf edir. İdmanın bu növü ölkənizdə çox populyardır və gimnastlarınız beynəlxalq arenada uğurlu çıxışları ilə fərqlənirlər. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən 82-ci Konqresində iştirak edən Səudiyyə Ərəbistanının nümayəndə heyətinin üzvü Rakan Abdullah Alfehaid deyib. Azərbaycana ikinci dəfə səfər etdiyini vurğulayan qonaq Konqresin yüksək səviyyədə təşkil olunduğunu bildirərkən deyib: “Konqres gimnastikanın inkişafına öz töhfəsini verəcək. Burada maraqlı mövzular və perspektivlər müzakirə olunur. Azərbaycan həmişə yüksək təşkilatçılıq bacarığı ilə seçilib. Biz bu dəfə də bunun şahidi olduq”. “Bakının gözəlliyi məni heyran etdi. Paytaxtınız Qərb ilə Şərq arxitekturasını özündə cəmləşdirib. Müasir və baxımlı binalar zövq oxşayır. Xəzər dənizi isə Bakıya ayrıca gözəllik verir”, - deyə qonaq vurğulayıb.