MÜSAHİBƏ


İnam Kərimov: “Aqrar tədarük və təchizat” ASC-nin yaradılması həyata keçirilən aqrar siyasətin tərkib hissəsidir

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması Prezident İlham Əliyevin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir və fermerlərin rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.