CƏMİYYƏT
Nazirlik: Azərbaycanda donuz qripinə yoluxma halları qeydə alınmayıb
08.01.2019 [16:12]
Məlum olduğu kimi, qonşu Gürcüstanda donuz qripi ilə bağlı gərgin epidemioloji vəziyyət yaranıb. Yerli KİV-lər artıq 10 nəfərin bu xəstəlikdən dünyasını dəyişdiyini bildirir. Bununla əlaqədar Azərbaycanın müvafiq qurumları ölkədə qabaqlayıcı tədbirlər həyata keçirir. Səhiyyə Nazirliyi mövsüm ərzində Azərbaycanda H1N1 virusu, yəni donuz qripinə yoluxma hallarının qeydə alınmadığını bildirib.