QAN YADDAŞI


1990-cı ildə Bakıda, 1991-ci ildə Riqada törədilmiş 20 Yanvar faciələrinə həsr olunan anım tədbiri təşkil edilib

1990-cı ildə Bakıda, 1991-ci ildə Riqada törədilmiş 20 Yanvar faciələri ilə əlaqədar Azərbaycanın Latviyadakı səfirliyi və Riqada yerləşən Barrikada Muzeyinin təşkilatçılığı ilə birgə anım tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir hər iki ölkədə eyni gündə baş vermiş faciənin qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.