Kameralar vasitəsilə dayanma və durma qaydalarını pozan 73 mindən çox avtomobil qeydə alınıb
08.02.2019 [16:46]
Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində müşahidə kameraları vasitəsilə dayanma, durma və parklanma qaydalarını pozan sürücülərin qeydə alınması prosesi fasiləsiz rejimdə həyata keçirilir. Aparılan təhlillərə əsasən, artıq bəzi küçə və prospektlərdə bu sahədə müəyyən müsbət nəticələr əldə edilib.