MÜSAHİBƏ


Jan-Fransua Susana: Kənd təsərrüfatı sahəsində Azərbaycanla birgə tədqiqatlar aparmaqda maraqlıyıq

Azərbaycan və Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın böyük potensialı var. Heyvandarlıq, ətraf mühitin qorunması, iqlim dəyişiklikləri sahələrində Fransa təcrübəsi Azərbaycan üçün maraqlı ola bilər. Bu fikirləri Fransa Milli Aqronomiya Tədqiqatlar İnstitutunun (İNRA) beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Jan-Fransua Susana AZƏRTAC-a müsahibəsində söyləyib.