Aktauda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
26.02.2019 [10:47]
Xəbərin mətni
Azərbaycanın Aktaudakı Baş konsulluğu tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” Milli-Mədəni Cəmiyyətinin üzvləri, digər milli-mədəni cəmiyyətlərin rəhbərləri və əməkdaşları, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvləri və azərbaycanlı tələbələr iştirak edib.