QAN YADDAŞI


Xocalı faciəsi müstəqil Azərbaycanın ən çətin sınağı olub

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Çinin paytaxtı Pekində anım mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Çin ziyalılarının, tələbələrin, ictimaiyyət nümayəndələrinin, diplomatik korpusun təmsilçilərinin, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların, Pekində fəaliyyət göstərən əcnəbi jurnalistlərin qatıldığı tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.