QAN YADDAŞI


Sofiyada Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib

Sofiya şəhərinin tarixi məkanlarından olan Mərkəzi Hərbi Klubda Azərbaycanın Bolqarıstandakı səfirliyi və Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Dövlət Pantomima Teatrının iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.