QAN YADDAŞI


“Xocalı soyqırımı tarixin qan yaddaşıdır” adlı rəsm sərgisi keçirilib

Pirallahı rayonunda yerləşən 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin rəsmlərindən ibarət Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı tarixin qan yaddaşıdır” adlı rəsm sərgisi keçirilib. Mərkəzin direktoru Gülarə Quluzadə Xocalı faciəsinin ağır nəticələrindən danışıb. Bildirib ki, dərnək üzvləri olan uşaqlar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri qırğınlar barədə geniş məlumatlıdırlar.