MÜSAHİBƏ


Ermənilərin Xocalı qurbanlarına həsr edilən xatirə gecəsini pozmaq cəhdləri qəbuledilməzdir

Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin Parisdə Sen-Östaş kilsəsində birgə təşkilat etdikləri, Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilən anım tədbirinə bir qrup erməni mane olmağa cəhd göstərib, lakin buna nail ola bilməyib. Tədbirdə iştirak edən Florans Elomo Akoa AZƏRTAC-a müsahibəsində deyib ki, bir qrup erməninin vəhşicəsinə kilsəyə soxularaq Xocalı qurbanlarının xatirə gecəsini pozmağa çalışmaları qəbuledilməzdir.