MÜSAHİBƏ


Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir

Bu fikri UNESCO baş qərargahında təşkil olunmuş “Yeddi gözəl” konsertinin dinləyicisi Ann-Sofi Kopən AZƏRTAC-a müsahibəsində bildirib. “Çalışıram ki, Azərbaycan mədəniyyəti ilə bağlı təşkil olunan bütün tədbirlərdə iştirak edim. Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir. Bu konsert də çox gözəl keçdi. Burada Qafqazın, Azərbaycanın ruhunu hiss etdim”, - deyə Ann-Sofi Kopən vurğulayıb.