MÜSAHİBƏ


Gələn həftədən yanğından zərər çəkən sahibkarlara ilkin ödənişlər veriləcək

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində deyib. Ş.Mustafayev qeyd edib ki, zərər çəkən sahibkarlar üçün “Kapital Bank”da şəxsi hesablar yaradılacaq və ödənişlər kart vasitəsilə olacaq. Üç gün ərzində aparılan araşdırma nəticəsində bu ödənişlər yerinə yetiriləcək.