CƏMİYYƏT


On milyonuncu vətəndaşın doğum haqqında şəhadətnaməsi valideynlərinə təntənəli surətdə təqdim olunub

AZƏRTAC xəbər verir ki, aprelin 10-da körpənin valideynləri Rauf Həsənov və Nigar Ocaqova Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə gələrək ilk övladlarının adını məhz Mehriban xanım Əliyevanın şərəfinə Mehriban adlandırdıqlarını bildiriblər. Valideynlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın analara və uşaqlara daim həssaslıqla yanaşdığını qeyd edib, onlara göstərilən qayğıya görə dövlətimizin başçısına və xanımına minnətdarlıqlarını ifadə ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır