MÜSAHİBƏ


Ceyms Şeron: Naxçıvanla qarşılıqlı maraq doğuran layihələr həyata keçirməliyik

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Montro-Fot-Yonn şəhərinin meri Ceyms Şeron bildirib.

O, Azərbaycanın Fransadakı səfiri R. Mustafayevin şəhərə səfərindən, bu səfər çərçivəsində deputatlar və mer ilə görüşündən söz açıb. Səfər çərçivəsində mədəniyyət, təhsil və iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıldığını qeyd edib.