MÜSAHİBƏ


Cavid Əlizadə: İstərdim ki, Azərbaycan elminin inkişafında mənim də payım olsun

Onun 19 yaşı var. 2018-ci ilin dekabrında SAT imtahanından maksimum 1600 baldan 1550 bal toplayıb. Bu yüksək nailiyyəti ilə o, Böyük Britaniyanın “Imperial College London”, “University Coulege London” kimi dünya reytinqində ilk onluqda yer alan ali təhsil müəssisələrində sərfəli şərtlərlə təhsil almaq şansı qazanıb.