MÜSAHİBƏ


Niderlandın azərbaycanlı Milli Qəhrəmanının qızı Zaqatalada ata yurdunda

İkinci dəfə doğma Azərbaycanda, Zaqatalada, Muğanlı kəndində olmağımdan çox şadam və qürur hissi keçirirəm. Azərbaycan mənim ikinci Vətənimdir. Burada özümü evimdəki kimi hiss edirəm.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun qızı Nansi (Nənəxanım) Məmmədova deyib.