MÜSAHİBƏ


Jan Perrən: Heydər Əliyev kimi böyük şəxsiyyətlərin layiqli qiymətini zaman verir

Mən Heydər Əliyev haqqında çox eşitmişəm. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Fransanın bu ölkədə ilk səfiri mən oldum. Həmin vaxt Azərbaycan çətin vəziyyətdə, hətta parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Mənim Heydər Əliyev kimi böyük şəxsiyyəti görmək istəyim bitib-tükənmirdi.

Bu fikirləri ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr edilmiş anım tədbirində Fransanın ölkəmizdə ilk səfiri olmuş Jan Perrən AZƏRTAC-a müsahibəsində söyləyib.