MÜSAHİBƏ


Abşeron yarımadası xəstəlikdən azad zona elan ediləcək

Bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. 

Qoşqar Təhməzli bildirib ki, bu layihənin üzərində beynəlxalq ekspertlər yerli mütəxəssislərlə birlikdə rəylərini veriblər. Bu rəylərə əsasən, Abşeron müvafiq zona seçilib. Çünki burada köçəri heyvanların az olması, xəstəliyin bir yerdən digər yerə daşınmaması əmsalı daha yüksəkdir. Onunla əlaqədar olaraq da burda bütün heyvanların identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək.