Problemli kreditlərin həlli ilə bağlı işlər mayın 28-dək yekunlaşacaq
21.05.2019 [15:46]
Xəbərin mətni
Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası mayın sonunadək təmin ediləcək. Söhbət, ilk növbədə, xarici valyutada olan kreditlərdən gedir.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə naziri Samir Şərifov jurnalistlərə müsahibəsində deyib.