MÜSAHİBƏ


Rusiya ilə Azərbaycanın səmimi dostluq münasibətləri qurmaları çox əhəmiyyətlidir

Mən ilk növbədə böyük və həqiqətən çiçəklənən bir respublikanın – Azərbaycanın Prezidentini və ölkənizin bütün xalqını Respublika Günü münasibətilə təbrik etmək, uzun ömür, rahatlıq və firavanlıq arzu etmək istəyirəm. Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova deyib.