Tomas Vonye: Bakıda keçmişlə müasirliyin vəhdəti xüsusi bir gözəllik yaradır
07.06.2019 [17:02]
Xəbərin mətni
Bakı çox möhtəşəm şəhərdir. Bura həm qədim memarlıq abidələri, həm də yeni tikililərlə zəngindir. Bakıda keçmişlə müasirliyin vəhdəti xüsusi bir gözəllik yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonye jurnalistlərə müsahibəsində deyib.