MÜSAHİBƏ


Patrisiya Lalond: Azərbaycan tolerantlığı bütün ölkələr üçün ən yaxşı nümunədir

Son illər Azərbaycan böyük nailiyyətlərə imza atıb. Ancaq Azərbaycanın bu uğurları bəzən qısqanclıqla qarşılanır. Lakin reallığı gizlətmək mümkün deyil. Əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi, dünyəvi dövlət olan Azərbaycanda hələ 100 il əvvəl qadınlara səsvermə hüququ verilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Parisdə Milli Assambleyada Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun təşkilatçılığı ilə Azərbaycanda qadınlara səsvermə hüququ verilməsinin 100 illiyinə həsr olunmuş “Qadın hüquqları: Şərq və Qərbin qovuşuğunda Azərbaycan nümunəsi” adlı konfransın iştirakçısı, Avropa Parlamentinin keçmiş deputatı Patrisiya Lalond AZƏRTAC-a müsahibəsində söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır