MÜSAHİBƏ


“ASAN” xidmət şəbəkəsinin fəaliyyəti ilə yaxından tanış olacam

Birləşmiş Ərəb Əmirliyinin Baş Nazirlik ofisinin nümayəndəsi olaraq bu foruma qatılmışam. Azərbaycana ilk dəfə səfər edirəm, bu forumun yüksək səviyyədə təşkil olduğuna görə Azərbaycan hökumətinə minnətdaram. Forum Asiya regionu üçün dövlət xidmətləri sahəsində ən yaxşı təcrübələri bölüşmək və bu sahədə gələcək əməkdaşlıqların qurulması baxımından əhəmiyyətlidir. Azərbaycanda olduğum müddətdə “ASAN” xidmət şəbəkəsinin fəaliyyəti ilə yaxından tanış olacam və dövlət xidmətləri sahəsində artıq uğurla istifadə olunan təcrübəni Birləşmiş Ərəb Əmirliyində də tətbiq etmək barədə düşünürük.