MÜSAHİBƏ


Devid Doyle: Azərbaycanın zəngin mədəni irsinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir

Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi çox yüksək səviyyədə təşkil olunub. Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirak etməsi Azərbaycanın milli-mənəvi dəyərlərinin, tarixi-mədəni irsin qorunması və təbliğinə, eləcə də beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstəyin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu sübut edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iştirakçısı, Mərkəzi Amerikanın Karib hövzəsində yerləşən Sent Kits və Nevis ada dövlətin UNESKO-dakı səfiri Devid Doyle deyib.