MƏDƏNİYYƏT


Bərdə İmamzadəsinin maraqlı tarixi REPORTAJ

Bərdə şəhərinin ərazisində tarixi abidələr bu günədək qorunub saxlanılıb. Bu abidələr arasında VIII əsrdə yaşamış beşinci imam Məhəmməd Bağırın qız nəvəsi İsmayılın dəfn olunduğu İmamzadə xüsusi yer tutur. Məhəmməd Bağırın oğlu İbrahim isə 739-cu ildə Gəncədəki İmamzadədə torpağa tapşırılıb. Əvvəlcə türbə kimi inşa edilmiş Bərdə imamzadəsi zaman keçdikcə ziyarətə çevrildiyindən onun ətrafında məscid inşa edilib, beləliklə də dini abidə kompleksi yaranıb. XIII-XIV əsrdə İbrahim adlı tacir öz vəsaiti hesabına İsmayılın qəbri üzərində minarəli türbə tikdirib. Odur ki, ziyarətgah “Tacir İbrahim” və ya "İbrahim məscidi" adı ilə tanınıb. 1868-ci ildə isə İmamzadə türbəsi şuşalı memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən bərpa olunub və 4 minarə inşa edilib.