MÜSAHİBƏ


Cavid Qurbanov: Qarşıdakı 3 ildə 1500-2000 kilometr dəmir yolu təmir olunacaq

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, ötən il də daxil olmaqla son 3 ildə ölkədə 875 kilometr dəmir yolu təmir olunub. Bakıdan Böyük Kəsiyədək və əks istiqamətdə 1100 kilometr dəmir you tam təmir edilib. Cari ilin sonu kimi və ya gələn ilin əvvəlindən Rusiya sərhədinədək dəmir yolunun təmirinə başlanılacaq. Qəbələ iqtiqamətində də dəmir yolu təmir olunur. Qarşıdakı 3 ildə ölkədə 1500-2000 kilometr dəmir yolu təmir olunacaq, həmin yollarda qatarların sürəti artırılacaq.