Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması mühüm hadisədir
07.07.2019 [20:05]
Xəbərin mətni
Ümumdünya İrs Komitəsi Azərbaycandan artıq üçüncü nominasiyasını qəbul edib. Bu gün Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 7-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nominasiyası qəbul olunandan sonra jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.