Müəllimlərin işə qəbulu imtahanlarında 8 sualın cavablarında düzəliş edilib
18.07.2019 [14:15]
Bunu müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin gedişatını izləyən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, müəllimlərin 2018-2019 tədris ili üzrə işə qəbul imtahanı başlayandan bu günə kimi 2280 sual cavablandırılıb. Həmin suallar arasında 8-nin səhv olduğu müəyyənləşdirilib.