Liv Nederqaard: Şəhərinizdən çox böyük təəssüratlarla ayrılacağam
24.07.2019 [01:34]
Xəbərin mətni
Göstərdiyim nəticədən çox məyus oldum. Yarışlara hazırlaşarkən üzgüçülüklə məşğul olurdum, özümə inamı artırmaq üçün musiqiyə qulaq asa-asa qaçırdım. Görünür yarışa hazırlığım kifayət etməyib. Buna görə də özümü medalçılar sırasında görə bilmirəm. Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının səhər sessiyasında iştirak edən Danimarka təmsilçisi Liv Nederqaard deyib.